- 13:25
"Amazon" şirkəti Nyu Yorkdakı korporativ ofislərində təxminən 700 nəfəri işdən çıxarmağı planlayır.
E-huquq.az xarici mətuata istinadən xəbər verir ki, bu addım şirkətin qlobal əməliyyatlarının sadələşdirilməsi və xərclərin azaldılması planının bir hissəsidir.
İşdən çıxarılmalar yalnız korporativ heyətə aiddir; anbar və çatdırılma işçilərinin ixtisarı gözlənilmir.
Şirkətin yaydığı açıqlamada doqquz New York ofisindən heç birinin bağlanmayacağı, işdən çıxarılmaların yalnız korporativ vəzifələrlə məhdudlaşacağı və anbar və çatdırılma işçilərinin ixtisar olunmayacağı bildirilib.
İxtisarlara baxmayaraq, "Amazon" Manhettendə Nyu-Yorkun ən böyük özəl işəgötürənlərindən biri olaraq qalır.
Şəbnəm Mehdizadə