- 17:46
İran beynəlxalq informasiya təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlıq sazişlərinin icrasını sürətləndirməyə hazırdır.
E-huquq.az xəbər verir ki, bunu İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib.
“Ölkələrimiz arasında strateji tərəfdaşlıq sahəsində beynəlxalq informasiya təhlükəsizliyi üzrə ikitərəfli sazişin hazırda dövlətdaxili prosedurlardan keçdiyini qeyd etməkdən çox məmnunam, hökumətimiz bu prosesin sürətləndirilməsinə böyük diqqət yetirir”, - vitse-prezident bildirib.
Humay Eminqızı