Litva-Belarus sərhədi yenidən bağlana bilər


  • 16:05

Litva və Belarus sərhəddinin yenidən bağlanması mümkündür.

E-huquq.az xəbər verir ki, bu barədə Litvanın baş naziri İnqa Ruqiniene məlumat verib.

“Biz yalnız qonşu ölkələrlə və Avropa Komissiyası ilə Belarus əleyhinə daha geniş sanksiya paketləri barədə dialoq aparmırıq, eyni zamanda amerikalı tərəfdaşlarımızla da bu mövzuda danışırıq”, - baş nazir bildirib.

Qeyd edək ki, Litva-Belarus sərhədi Vilnüsün tək tərəfli qərarı ilə 29 oktyabrdan 20 noyabra qədər bağlanıb. Səbəb isə Belarus ərazisindən qaçaqmalçılar tərəfindən meteoroloji zondların siqaret yükləri ilə buraxılmasıdır. Bu isə mülki aviasiyanın uçuş təhlükəsizliyini təhdid edir .

Humay Eminqızı

Oxşar xəbərlər