23.10.2026
Bankomat kartı qaytarmadığına görə mühafizəçini bıçaqladı
Dünya

Bankomat kartı qaytarmadığına görə mühafizəçini bıçaqladı

Dek 2, 2025

Türkiyənin İstanbul şəhərində bıçaqlanma hadisəsi baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Esenler rayonunda kartının bankomatda qalmasına qəzəblənən şəxs bankomatı zədələyib.

Bank mühafizəçisi ilə mübahisə edən şəxs mühafizəçini bıçaqlayıb.

Hadisə yerinə həkim və polis qrupları göndərilib.

Xəsarət alan mühafizəçi xəstəxanaya aparılıb.

Polis şübhəlini saxlayıb.

Şəbnəm Mehdizadə