Zelenski İrlandiya ilə Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini müzakirə edib


  • 19:55

Ukrayna Prezidenti Volodimir Zelenski Dublində İrlandiyanın Baş naziri Mixol Martinlə Rusiyanın dondurulmuş aktivlərinin ölkənin müdafiəsi və bərpasına dəstək üçün ayrılması imkanını müzakirə edib.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna lideri teleqram kanalında bildirib.

"Rusiyanın dondurulmuş aktivlərini çoxdan Ukraynaya yönləndirməyin vaxtıdır ki, biz həm müdafiəmizi, həm də bərpamızı etibarlı şəkildə təmin edə bilək", – deyə o qeyd edib və tərəfdaşları Rusiyanı hüquqi məsuliyyətə cəlb etmək üçün birgə səylərdə daha fəal iştirak etməyə çağırıb.

Martin isə öz növbəsində qeyd edib ki, İrlandiya bu aktivlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi və kreditləşmə üçün istifadəsini dəstəkləyir.

Tərəflər həmçinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə ediblər. Zelenski vurğulayıb ki, Rusiyaya qarşı məhdudiyyətlər vəziyyətin nizamlanmasına qədər mühüm təsir aləti olaraq qalır.

Ukrayna lideri İrlandiyaya enerji və humanitar yardıma görə təşəkkür edib və ölkələrin qarşıdakı 5 ildə tərəfdaşlıq üçün yol xəritəsini təsdiqlədiyini söyləyib.

Oxşar xəbərlər