2014-cü ildə itkin düşən Malayziya təyyarəsinin axtarışı yenidən başlayıb


  • 10:16

2014-cü ildə yoxa çıxan Malayziya Hava Yollarına məxsus MH370 reysinin axtarışlarına bu ay yenidən başlanılacaq.

E-huquq,az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Malayziya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirlik, dekabrın 30-da başlayacaq axtarış prosesində ABŞ-nin “Ocean Infinity” robototexnika şirkətinin 50 günlük əhatəli dəniz dibinin skanına cəlb ediləcəyini açıqlayıb.

Qeyd edək ki, MH370 reysi 8 mart 2014-cü ildə Kuala Lumpurdan Pekinə gedərkən göyərtəsində 12 Malayziya ekipaj üzvü və 227 sərnişinlə radarlardan itib.

Təyyarənin yoxa çıxması aviasiya tarixində ən böyük axtarış əməliyyatına səbəb oldu, lakin bütün səylərə baxmayaraq, onun taleyi hələ də həll olunmamış qalır.

MH370 müasir aviasiyanın ən böyük sirlərindən biri olaraq qalır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər