"Meta" Avstraliyada 16 yaşdan kiçik istifadəçilərin hesablarını deaktiv etməyə başlayıb


  • 15:19

ABŞ texnologiya şirkəti "Meta" Avstraliyada "Facebook" və "Instagram"da təxminən yarım milyon hesabı deaktiv etməyə başlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanun dekabrın 10-da qüvvəyə minəcək.

Bu qadağanın bir hissəsi olaraq, "Meta" 16 yaşdan kiçik istifadəçilərin hesablarını deaktiv etməyə başlayıb.

Şirkət, həmçinin bu istifadəçilərin Avstraliyada yeni hesablar açmasını bloklamağa başlayıb.

"Meta" sözçüsü bildirib ki, 16 yaşdan kiçik istifadəçilər rəqəmsal məzmunlarını "Instagram", "Threads" və "Facebook"dan yükləyə biləcəklər. Onlara hesablarının 16 yaşına çatmamışdan əvvəl yenidən açıla biləcəyi və məzmunlarının "eyni şəkildə bərpa ediləcəyi" barədə məlumat veriləcək.

Avstraliyanın rabitə naziri Anika Uells mövcud hesabları süzgəcdən keçirməyin vaxt aparacağını, lakin tənzimləmənin gecikmədən tətbiq olunacağını vurğulayıb.

"Meta" məlumatlarına görə, Avstraliyada 13-15 yaşlarında təxminən 350 000 "Instagram" və 150 000 "Facebook" istifadəçisi var.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər