Vaşinqtonda güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildi


  • 16:54

Günlərdir davam edən güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri səbəbindən ABŞ-nin Vaşinqton ştatında fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çoxsaylı evlər su altında qalıb, körpülər və magistral yollar istifadəyə yararsız hala düşüb.

Daşqın sularının yaratdığı təməllərin aşınması səbəbindən ən azı iki ev uçub.

Vaşinqton ştatının Sietl şəhərinin şimalında yerləşən Skagit çayı hövzəsində təxminən 78.000 nəfər üçün təxliyə əmri verilib.

Vaşinqton qubernatoru Bob Ferqyuson İctimaiyyəti təxliyə əmrlərinə əməl etməyə dəvət edib.

"Bilirəm ki, ştatımızda bir çox insan keçmişdə ciddi daşqınlarla üzləşib. Amma indi tarixi bir vəziyyətlə üzləşirik", - bildirib.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, daşqınlar və torpaq sürüşmələri fəlakətli miqyaslara çata bilər.

Vaşinqton ştatında axtarış-xilasetmə və təxliyə işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər