Tələbə mənzil satmaq adı ilə 50-dən çox şəxsə qarşı dələduzluq edib


  • 17:05

Türkiyədə hüquq fakültəsinin tələbəsi 50-dən çox şəxsə qarşı dələduzluq edib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Bursa Uludağ Universitetinin hüquq fakültəsinin 20 yaşlı tələbəsi saxta veb sayt yaradaraq vətəndaşları mənzil satmaq adı ilə aldadıb.

Məlumata görə, onun yaratdığı saytda mənzil almaq üçün saxta müraciət forması yerləşdirilib.

Vətəndaşlar müraciəti doldurub ödənişi etdikdən sonra "Ərizəniz etibarsızdır" xəbərdarlığı alıblar. Bundan sonra onlar saytda göstərilən əlaqə nömrəsinə zəng etdikdə onları ikinci dəfə aldadaraq "Ərizəniz dayandırılıb, başqa bir ödəniş etməlisiniz" deyilib. İkinci ödənişi etdikdən sonra vətəndaşlar ərizələrinin etibarsız olduğu barədə başqa bir xəbərdarlıq aldıqda aldadıldıqlarını başa düşüblər.

Faktla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub.

Polis şübhəli şəxsin evində aparılan axtarış zamanı dələduzluq məqsədilə istifadə edilən çoxsaylı rəqəmsal materiallar və sənədlər aşkarlayıb.

Həmin şəxs həbs olunub. Hazırda araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər