İrəvanda polşalı futbol azarkeşləri ilə yerli sakinlər arasında qarşıdurma olub, üç nəfər ağır yaralanıb


  • 18:30

Dekabrın 12-də İrəvanda polşalı futbol azarkeşləri ilə yerli sakinlər arasında qarşıdurma baş verib.

E-huquq.az xəbər verir ki, davada ağır xəsarətlər alan 3 nəfər Polşa vətəndaşı Qeratsi adına 1 saylı Universitet Xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, yaralıların vəziyyəti çox ağır olduğu üçün onlar izahat vermək iqtidarında deyillər.

Bildirilir ki, Konfrans Liqasının 5-ci turu çərçivəsində Ermənistanın “Noa” və Polşanın “Legiya” komandaları qarşılaşıb. Oyun “Noa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bundan sonra polşalı azarkeşlər İrəvanın mərkəzi küçələrində qarşılarına çıxan hər şeyi sındırıb, xaos yaradıblar. Polis asayişi pozmaqda və xuliqanlıqda şübhəli bilinən 17 Polşa vətəndaşını saxlayıb.

Oxşar xəbərlər