İranda etirazçı və polisə atəş açanlar həbs olundu - YENİLƏNDİ


  • 10 Yanvar 22:28

İranın Kərəc şəhərində etirazçılarla polisə atəş açan silahlı qruplaşmanın üzvləri həbs olunub.

E-huquq.az xəbər verir ki, "Tasnim" bu barədə öz mənbəyinə istinadən məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları belə dəstələrin terror xarakterini nəzərə alaraq, aksiyalarda fəal olan şəxslərə qarşı sərt mübarizə aparacaqlar.

***

22:09

İranın Məşhəd şəhərində 15 avtobus yandırılıb, hər avtobus orta hesabla 18 milyard rial, təxminən 18 min dollar dəyərindədir.

E-huquq.az xəbər verir ki, bu barədə "Tasnim" Məşhəd Şəhər Şurasının Mədəniyyət və Sosial Komissiyasına istinadən məlumat yayıb.

"320 avtobus dayanacağı, 600 nişan və hasarlar zədələnib, hətta metroya da hücum olunub. Bu dağıntıların dəyəri bir neçə yüz milyarda çatır" məlumatda bildirilib.

***

16:13

İranın Xorasan bölgəsində təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı öldürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Məşhəd şəhərində 7 təhlükəsizlik qüvvəsi etirazçılar tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb, yüzlərlə insan yaralanıb.

Xatırladaq ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.

***

14:21

İranın Rudbar şəhərində polis idarəsinə hücum zamanı polis əməkdaşı öldürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, etirazçıların ov tüfəngindən açdığı atəş nəticəsində ağır yaralanan polis əməkdaşı Məhəmməd Puribrahim həyatını itirib.

***

11:55

Təkcə Tehranda ölən etirazçıların sayı 200-dən çoxdur.

E-huquq.az xəbər verir ki, bu barədə Tehrandan olan anonim həkim “TIME”a danışıb.

Onun sözlərinə görə, paytaxtın təkcə 6 xəstəxanasında 217 etirazçı ölümü qeydiyyata alınıb.

Həkim ölənlərin əksəriyyətinin odlu silahdan açılan atəş nəticəsində həlak olduğunu bildirib.

Qeyd edək ki, İran hökuməti etirazlarda ölənlərin sayı barədə rəsmi açıqlama verməyib.

İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) isə ölənlərin sayının 65 olduğunu qeyd edib.

Oxşar xəbərlər