Evdə yanğın: 2 nəfər tüstüdən zəhərləndi


  • 10:20

Türkiyənin Uşak şəhərində mənzildə güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Uşakın Banaz rayonunda ikimərtəbəli fərdi yaşayış evdində naməlum səbəbdən yanğın başlayıb.

Qısa müddətdə alov sürətlə yayılaraq bütün evi bürüyüb.

Hadisə yerinə yanğınsöndürənlər, jandarma və tibb qrupları cəlb edilib.

Qaçmağa çalışarkən tüstüdən zəhərlənən 2 nəfər ev sahibi Banaz Dövlət Xəstəxanasına aparılıb.

Hadisə nəticəsində ev yararsız hala düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər