- 15:10
Nigeriyanın Plato əyalətində mədən sahəsinə hücum nəticəsində 7 nəfər həlak olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya ordusu silahlı şəxslərin Plato əyalətinin Kuru bölgəsində qeyri-qanuni fəaliyyət göstərən mədən sahəsinə hücum etdiyini açıqlayıb.
Hücum nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Nigeriyada son illər ərzində "Boko Haram" və İŞİD-in Qərbi Afrika qolu ISWAP kimi terror qruplaşmaları kəndlərə, məktəblərə və yollarda hərəkət edən mülki şəxslərə hücum edərək fidyə məqsədilə adam qaçırırlar.
Şəbnəm Mehdizadə