Məzmuna keç

Rusiyada ticarət mərkəzinin damı uçdu –

Rusiyanın Novosibirsk şəhərinin Pervomayski rayonunda 2 mərtəbəli ticarət mərkəzinin damı uçub.

E-huquq.az xəbər verir ki, bu barədə ərazi prokurorluğu məlumat yayıb.

Fövqəladə hadisə yerli vaxtla saat 16:00 radələrində baş verib.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Uçma zamanı ticarət mərkəzinin yaxınlığında park edilmiş bir neçə avtomobilə də ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanıb.

Humay Eminqızı