- 23 Yanvar 15:10
YPG bəzən atəşkəsə göstərişlə imza atır, onlar Suriya kürdlərini təmsil edən qruplaşma deyil, bu səbəbdən öz imzalarını poza bilirlər.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV televiziya kanalının canlı yayımında deyib.
"YPG müstəqil aktor deyil, təlimat verən mexanizmlər var", - nazir bildirib.
Onun sözlərinə görə, YPG ilə mübarizə ilə yanaşı, suriyalı olmayan PKK üzvlərini də həmin ölkədən çıxarmaq lazımdır.