- 16:42
Rusiyanın yanvarın 24-ü Ukraynanın Xarkov vilayətində hücumu nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.
E-huquq.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram kanalında məlumat yayıb.
"Xarkova gecə hücumu nəticəsində yaralananların sayı 27 nəfərə çatıb", - deyə O.Sinequbov bildirib.
Onun sözlərinə görə, tibb işçiləri yaralılara bütün lazımi yardımı göstərirlər.
***
Rusiyanın gecə hücumu nəticəsində Kiyev metropoliteninin infrastrukturu zədələnib.
E-huquq.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Kiyev şəhərinin dövlət administrasiyası və "Kiyevpastrans" kommunal müəssisə məlumat yayıb.
"Xətt boyunca açıq sahəyə baxış zamanı gecə atəşi nəticəsində çəpərin zədələndiyi aşkar edilib", - qeyd edilib.
Hərəkətin bərpa olunma müddəti haqqında məlumat dəqiqləşdirilir. Həmçinin qeyd olunub ki, funikulyorun hərəkəti elektrik enerjisinin olmaması səbəbindən müvəqqəti olaraq dayandırılıb.
Kiyev meri Vitali Kliçko öz teleqram kanalında bildirib ki, Ukrayna paytaxtına gecə hücumu nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.
***
Rusiya Silahlı Qüvvələri şənbə gecəsi pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Xarkov vilayətinə kütləvi zərbələr endirib, nəticədə 19 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov öz teleqram kanalında məlumat yayıb.
"Xarkova PUA hücumu nəticəsində xəsarət alanların sayı artaraq 19-a çatıb", - o yazıb.
Xarkov vilayəti üzrə Milli Polisin Baş İdarəsinin məlumatına görə, zərbələr xüsusilə Xarkovun İndustrialnı və Nemışlyanski rayonlarına endirilib.
"Çoxmənzilli və fərdi evlər, yataqxana, iki tibb müəssisəsi zərər görüb, yanğınlar yaranıb", - məlumatda bildirilib.
Mənbə: Report