- 08:00
Fransa Prezidenti Emmanuel Makron ölkədə 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsini nəzərdə tutan qanunun qəbul prosesini sürətləndirmək niyyətindədir.
E-huquq.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Telekanalın yaydığı məlumata görə, Makron hökumətə qanunun qəbulunda sürətləndirilmiş prosedurun tətbiq olunması barədə göstəriş verib.
Məlumata görə, parlament qanun layihəsinə yanvarın 26-dan baxmağa başlayacaq.
Qeyd olunur ki, sözügedən qanun eyni zamanda yeniyetmələrin məktəblərdə mobil telefonlardan istifadəsini də qadağan edəcək.