- 13:09
Kolumbiyada Milli Azadlıq Ordusunun (ELN) 7 döyüşçüsü öldürülüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro məlumat verib.
Prezident Katatumbo bölgəsində silahlı üsyançıları hədəf alan hava hücumu barəsində əmr verdiyini açıqlayıb.
"Yeddi nəfər öldürülüb, biri əsir götürülüb. Əməliyyat zamanı 12 tüfəng ələ keçirilib".
Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşünü xatırladan Petro əlavə edib ki, cinayətkarların dünyanın ən dəbdəbəli yerlərində rahat yaşaması qəbuledilməzdir, bunun əvəzini isə Kolumbiyanın yoxsul kəndliləri ödəyir və onlar həlak olur.
Şəbnəm Mehdizadə