- 15:32
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk və Astana bir-birini itirməməlidir.
E-huquq.az “BELTA” agentliyinə istinadən xəbər verir ki, Belarus lideri bunu Qazaxıstan parlamentinin aşağı palatasının (Məclisin) sədri Yerlan Koşanovla görüşdə bildirib.
“Bu gün heç bir ölkə, hətta Amerika belə, digərlərindən asılı olmadan inkişaf edə bilməz. Ona görə də sizə təklif edirəm: gəlin bu çılğın dünyada bir-birimizi itirməyək”, - Lukaşenko bildirib.
Prezident iki ölkə arasında ticarət dövriyyəsinin artmasına da diqqət çəkib: “Əsas baza ticarətdir. Etiraf etməliyəm ki, vaxtilə Qazaxıstanla ticarət dövriyyəsinin 1 milyard dollara yaxınlaşacağını xəyal edirdim. Bu gün isə hesablamalara görə artıq 1 milyarddan çoxdur. Amma hələ inkişaf üçün imkanlar var. Biz yüksək texnologiyalı ölkəyik”.
Humay Eminqızı