- 15:32
Rusiyanın Orenburq vilayətində bıçaqla silahlanmış şəxs uşaq bağçasına hücum edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qapını qıraraq işəri daxil olan şəxsin qarşısını təhsil müəssisəsinin müəllimi Liya Qaleyeva alıb.
Qaleyeva təcili xidmətlər gələnə qədər sözügedən şəxsi saxlaya bilib və bunun sayəsində baş verə biləcək faciənin qarşısını almaq mümkün olub.
Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev vəziyyəti şəxsi nəzarətinə götürüb.
Humay Eminqızı