- 12:14
Türkiyənin Karaman şəhərində beşmərtəbəli binada yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayan K.N ilə anası arasında mübahisə baş verib.
Anası evdən ayrıldıqdan sonra o evdə qəsdən yanğın hadisəsi törədib.
Əraziyə yanğınsöndürənlər, tibb işçiləri və polis göndərilib.
Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Zərərçəkmişl Karaman Xəstəxanasına aparılıb.
Evdən çıxa bilməyən bəzi sakinlər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Hadisəni törədən şəxs saxlanılıb.
Şəbnəm Mehdizadə