İsveç Ukraynaya 6,73 milyon dollar ayırır


  • 16:47

İsveç Ukraynaya 60 milyon kron (6,73 milyon dollar) ayırmaq qərarına gəlib.

E-huquq.az xəbər verir ki, bu barədə sosial məsələlər və səhiyyə naziri Yakob Forsmed bildirib.

Ayrılan məbləğ səhiyyə, sosial xidmətlər, yaşlılara qayğı və uşaq dəstəyi üçün nəzərdə tutulub.

Bu vsait 2025-2027-ci illəri əhatə edən dövrdə ümumi məbləği 129,5 milyon kron (14,40 milyon ABŞ dolları) olan üçillik dəstəyin bir hissəsidir.

2022-ci ilin fevralından etibarən İsveçin Ukraynaya göstərdiyi ümumi yardımın həcmi təxminən 114 milyard kron (12,67 milyard ABŞ dolları) təşkil edir ki, bunun da 24,4 milyard kronu (2,71 milyard ABŞ dolları) vətəndaş dəstəyidir.

Humay Eminqızı

Oxşar xəbərlər