- 17:40
Türkiyədə şəhər və rayon mərkəzlərində yaşayan əhalinin sayı 80 milyon 555 min 475 nəfər olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə şəhər və rayon mərkəzlərində yaşayan ümumi əhalinin xüsusi çəkisi 93,6 faizə yüksəlib, 30 böyük şəhərdən kənarda yerləşən şəhər və kəndlərdə yaşayanların xüsusi çəkisi isə 6,6 faizdən 6,4 faizə enib.
Türkiyədə 1000 və daha çox əhalisi olan kəndlərin sayı 456 olduğu halda, 70 kənddə 10 və ya daha az qeydiyyatda olan kəndlərin olduğu müəyyən edilib.
Belə ki, ölkə üzrə 70 kənddə 10 və daha az, 456 kənddə isə 1000 və daha çox əhali yaşayır.
Qeydlərə görə, Adıyamanın mərkəz mahalına bağlı İpekli kəndi 6681 nəfər əhalisi ilə Türkiyənin ən sıx kəndi olaraq seçilir.
Ölkədəki üç kəndin hər birində cəmi bir nəfər qeydiyyatdan keçmiş sakin var. Bu kəndlər Bitlisin mərkəzi mahalında Kayalıbağ, Siirtin Kurtalan rayonunda Çattəpə və İğdırın Aralık rayonunda Tarlabaşı kəndləridir.
Şəbnəm Mehdizadə