- 12:51
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Dubayın mərkəzinə yaxın yaşayış massivindəki bir binaya pilotsuz uçuş aparatı (PUA) çırpılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər mərkəzinə yaxın Dubay Krik Limanı ərazisindəki çoxmərtəbəli binaya dron zərbəsi endirib.
Mülki müdafiə qrupları hadisə nəticəsində baş verən yanğını nəzarət altına alıb.
Binanın içərisində olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün təxliyə əməliyyatları aparılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Şəbnəm Mehdizadə