"Körfəz ölkələri ABŞ və digər dövlətlərin qurbanına çevrilib"


  • 13:11

"Körfəz ölkələri ABŞ və digər dövlətlərin qurbanına çevrilib".

E-huquq.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusundan verilən açıqlamada bildirilib.

"Yeganə həll yolu İslam ölkələrinin birləşməsi və amerikalıların bölgəni tərk etməsidir" - deyə məlumatda bildirilir.

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Rza Tengsiri sosial media hesabında etdiyi paylaşımda ABŞ və xarici ölkələrin Körfəz ölkələrinin təhlükəsizliyini təmin etməyəcəklərini və onları öz maraqları üçün fəda edəcəklərini vurğulayıb.

"Biz son illərdə Körfəz ölkələrinin liderlərinə dəfələrlə demişik ki, ABŞ və xarici ölkələr təhlükəsizliyi təmin etməyəcək. Onlar lazım olanda sizi öz maraqları üçün qurban verəcəklər" - deyə paylaşımda qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər