Liviyanın qərbindəki neft kəmərində sızmadan sonra yanğın baş verib


  • 13:13

Liviyanın qərbindəki Həmada bölgəsindəki neft kəmərində sızmadan sonra yanğın baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Liviya Milli Neft Korporasiyası (MNK) Həmadadakı Şarara neft yatağında xam neft kəmərində yanğın baş verdiyini bildirib.

Bəyanatda yanğının boru kəmərindəki sızmadan qaynaqlandığı qeyd edilib.

Yanğını söndürmək və sızmanın qarşısını almaq üçün bütün müvafiq qruplar əraziyə göndərilib.

Qeyd olunub ki, Şarara neft yatağında hasilat fasiləsiz davam edir və neftin vurulması bölgədəki digər neft yataqlarındakı anbarlara yönləndirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər