- 10:45
İranın Qətərə raket hücumu zamanı 4 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkəyə yönəlmiş raket hücumlarının qarşısı müdafiə sistemləri tərəfindən alınıb. Lakin müdaxilə zamanı Dohanın Mureyhk bölgəsində bir evə qəlpə düşüb.
Hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Evə isə az miqdarda ziyan dəyib.
Rəsmi qurumlar fövqəladə hallar planına uyğun fəaliyyət göstərir və vəziyyət nəzarət altındadır.
Nazirlik vətəndaşlara təcili yardım maşınlarına yol verməyi, rəsmi qaydalara əməl etməyi, hadisə yerinə yaxınlaşmamağı və şübhəli hallarla bağlı aidiyyəti qurumlara məlumat verməyi tövsiyə edib.
Şəbnəm Mehdizadə