- 12:00
Çin "SpaceX" şirkətinin məşhur "Starlink" şəbəkəsinə rəqib olaraq Aşağı Yer Orbitindəki Qianfan (Kosmik Yelkən) peyk bürcünün bir hissəsi olaraq yeddinci peyk qrupunu uğurla kosmosa göndərib.
E-huquq.az xəbər verir ki, 18 peykdən ibarət bu qrup "Uzun Marş-8" raketi ilə Çin'in Haynan adasındakı kommersiya kosmos mərkəzindən buraxılıb. Peyk qrupunun hazırlanmasında Shanghai Spacecom Satellite Technology Company (SSST) mühüm rol oynayıb. Qianfan peykləri Aşağı Yer Orbitində yerləşəcək və şəbəkənin bir hissəsini təşkil edəcək.
Bu layihə, "G60 Starlink" olaraq da tanınır və məqsədi "Starlink" kimi global genişzolaqlı internet şəbəkəsi qurmaqdır. Layihənin birinci mərhələsi tamamlandıqdan sonra, 14.000 peykdən ibarət bir meqa bürc yaratmaq planlanır. Bu, dünya miqyasında internet xidmətlərinin keyfiyyətini artırmaq və daha çox bölgəyə yüksək sürətli internet təmin etmək məqsədi güdür.
Qianfan şəbəkəsinin ilk peyk qrupu 6 avqust 2024-cü ildə, ikinci qrupu 15 oktyabr 2024-cü ildə, üçüncü qrupu isə 5 dekabr 2024-cü ildə kosmosa göndərilib. Dördüncü peyk 23 yanvar 2025-ci ildə, beşinci peyk isə 11 mart 2025-ci ildə, altıncı peyk isə 2025-ci il martın 11-də buraxılıb. Bu peyk qrupları növbəti illərdə daha da genişlənəcək.
Çin, bu layihə ilə kosmosda öz mövqeyini gücləndirməyi və dünya miqyasında internet infrastrukturunu inkişaf etdirməyi hədəfləyir.
Şəbnəm Mehdizadə