22.10.2026
Türkiyədə avtomobili sel aparıb: 2 nəfər ölüb
Dünya

Türkiyədə avtomobili sel aparıb: 2 nəfər ölüb

Apr 8, 2026

Türkiyənin Osmaniye vilayətində leysan yağışlar bir sıra fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir kiI, axşam saatlarında Kadirli rayonunda Bülbül çayı daşaraq selə səbəb olub.

Daşqın nəticəsində bir avtomobil sel aparııb.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib.

Əraziyə AFAD, bələdiyyə qrupları, polis, və jandarma göndərilib.

Osmaniye Valisi Mehmet Fatih Serdengeçti ölənlərin yaxınlarına başsağlığı verib.

O bildirib ki, hökumət və digər qurumlar ərazidə geniş təxliyə və təmir işlərinə başlayıb.

Şəbnəm Mehdizadə