Bu qış Türkiyədə yağıntının miqdarı kəskin artıb


  • 15:18

Türkiyədə bu qış mövsümündə yağıntının miqdarı keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq son 66 ilin ən yüksək səviyyəsinə çatıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu qış mövsümündə Türkiyədə normadan artıq yağıntı müşahidə edilib.

Beləliklə, Türkiyə daxilində yağıntılarpın həcmi son 66 ilin ən yüksək səviyyəsinə çatıb.

Yağıntının ən yüksək olduğu bölgə Şərqi Anadolu olub.

Şimali Ege, Aralıq dənizi, Qərbi Qara dəniz sahilləri, İç Anadolu və Şərqi Anadolu, Ankara ətrafı, Afyonkarahisar, Tunceli, Adıyaman, Diyarbəkir və Batmanın şimal bölgələrində yağınıtı 60 faizdən çox artıb.

Bu il yalnız Tekirdağda qış mövsümündə yağıntının azalması qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər