Türkiyədə meşəlik ərazilərə giriş məhdudlaşdırılıb


  • 16:45

Türkiyədə yaz və yay mövsümündə baş verən meşə yanğınlarının qarşısını almaq məqsədilə meşəlik ərazilərə giriş məhdudlaşdırılıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kocaelidə mayın 15-dən noyabrın 1-dək meşələrə giriş qadağan olunacaq.

Qadağaya əsasən, meşəlik ərazilərdə manqal, samovar və piknik qaz balonlarından istifadə etmək, açıq od qalamaq, həmçinin fənər, məşəl və atəşfəşanlıq kimi yanğına səbəb ola biləcək vasitələri gətirmək və istifadə etmək olmaz.

Bundan əlavə, istirahət üçün ayrılmış yerlərdən kənarda gecələməyə də icazə verilməyəcək.

Bəyanatda bildirilib ki, qaydalara əməl etməyən şəxslər barəsində hüquqi tədbirlər görüləcək və onlar cərimələnəcəklər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər