- 10:12
Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Donetskdə Moskva–Simferopol marşrutu üzrə hərəkət edən sərnişin avtobusunu vurub.
E-huquq.az xəbər TASS-a istinadən xəbər verir ki, hücum səhər saatlarında Yenakiyevo şəhərində baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərbə nəticəsində avtobusun salonu və sürücü kabinəsi yanaraq tamamilə yararsız hala düşüb.
Eyni zamanda ərazidə olan yaşayış evlərinə də ziyan dəyib.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) üzrə cinayət işi açılıb.
Humay Eminqızı