- 17:32
Avstraliyanın Qərbi Sidney Universitetinin prorektoru professor Cath Ellis tələbələri süni intellektə "asan çıxış yolu" kimi yanaşmamağa çağıran məqalə yazıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məqalə "Sydney Morning Herald"da dərc olunsa da, qəzet onu qəbuledilməz hesab edərək saytından çıxarıb.
Ellis məqaləsində tələbələrin universitetə gedərək əsl səy göstərmələrinin vacibliyini vurğulayıb. Lakin mətn süni intellekt aşkarlama xidməti tərəfindən təhlil edilib. Beləliklə məqalənin süni intellektlə yazıldığı müəyyən edilib.
Universitet bildirib ki, Ellis məqaləni yazarkən öz orijinal materialını 40 min sözlük modelə yükləyib və süni intellektin köməyi ilə ümumiləşdirib.
Qəzetin redaktoru Jordan Baker deyib ki, müəllif və universitet məqalədə süni intellekt istifadəsini qeyd etmədiyi üçün mətn nəşr qaydalarına uyğun olmayıb və silinib.
Şəbnəm Mehdizadə