- 00:15
Berlin-Brandenburq (BER) hava limanında naməlum və zəhərli maddə ilə bağlı həyəcan siqnalı verilib.
E-huquq.az xəbər verir ki, hadisə ilə əlaqədar aeroportun 1-ci terminalından sərnişinlər təxliyə edilib, bir neçə aviareys ləğv edilib, dəmir yolu əlaqəsi isə dayandırılıb.
Məlumata əsasən, bir qadın federal polisin xidmət məntəqəsinə müraciət edərək əl çantasında zəhərli maddələrin olduğunu bildirib. Polis əməkdaşları qadını saxlayıblar. Çantanın ətrafında təhlükəsizlik zolağı yaradılıb.
Polisin məlumatına görə, maddənin təhlükəli olub-olmadığını müəyyən etmək mümkün olmadığından təhlükəli yük siqnalı verilib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və hava limanının yanğınsöndürmə xidməti cəlb olunub.