- 12:35
ABŞ-də Prezident Donald Trampın təsviri olan yeni 1 dollarlıq sikkələr dövriyyəyə buraxılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən ölkənin müstəqilliyinin 250-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində hazırlanan sikkələr ABŞ Sikkəxanası tərəfindən zərb edilib və sentyabrın 2-də rəsmi olaraq dövriyyəyə buraxılıb.
Paytaxt Vaşinqtonda yerləşən ABŞ Sikkəxanasının mağazası qarşısında yeni sikkələrin təqdimatı ilə bağlı məlumatlandırıcı plakatlar yerləşdirilib. Plakatlarda sikkələrin ABŞ müstəqilliyinin 250 illik yubileyi münasibətilə xüsusi olaraq hazırlandığı qeyd olunub.
Yeni sikkələrin dövriyyəyə buraxılması Vaşinqtondakı rəsmi satış məntəqələri və banklarda canlanmaya səbəb olub. Vətəndaşların yubiley sikkələrinə böyük maraq göstərdiyi bildirilir.

Şəbnəm Mehdizadə