- 00:51
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Rusiyaya səfərini şərh edib.
E-huquq.az xəbər verir ki, ABŞ lideri Oval kabinetdə jurnalistin Ukrayna ilə bağlı Rusiya tərəfinə yeni təkliflər təqdim edib-etməyəcəkləri ilə bağlı sualına cavab olaraq bildirib:
"Onlar müharibəyə son qoymaq üçün təklif irəli sürəcəklər".
Ağ Ev rəhbəri həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün "yaxşı şans"ın olduğunu vurğulayıb.
"Onlar gözəl iş görürlər. Biz onları bir şey edə biləcəyimizi görmək üçün göndərdik. Bunun üçün yaxşı şansımız ola bilər", - Tramp bildirib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Stiv Uitkoff və Cared Kuşnerin əvvəlcə Moskvaya, sonra isə Kiyevə səfər edəcəklərini təsdiqləyib.