Məzmuna keç

İranda neft tanker partladı, on nəfər öldü

İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb, ölənlər var.

E-huquq.az xəbər verir ki, yanacaq tankerinin partlaması nəticəsində on nəfər həlak olub.

Qeyd olunub ki, tankerin partlamasına səbəb Sənəndəc – Həmədan yolunda yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Xilasetmə, yardım işləri aparılır, hadisə yerinin təmizlənməsi əməliyyatları davam edir.