- 6 Sentyabr 22:34
Kabo-Verdedə şagirdləri və tələbələri daşıyan avtobusun dərəyə aşması nəticəsində azı 25 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Lusa" agentliyi məlumat yayıb.
Xəstəxanaya yerləşdirilən yaralı şagirdlərin yaşının 6-11 arasında olduğu, onlardan dördünün vəziyyətinin ağır qiymətləndirildiyi bildirilir.
Hadisə Fogu adasında, Kampanas-de-Sima şəhəri yaxınlığında baş verib. Ekskursiyadan qayıdan avtobus yoldan çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə aşıb. Hazırda mütəxəssislərdən ibarət qrup qəzanın səbəblərini araşdırır.
Kabo-Verdenin Baş naziri Fransışku Karvalyu həlak olanların ailələrinə başsağlığı verib. Fogu adasının yerli hakimiyyət orqanları baş vermiş faciə ilə əlaqədar iki günlük matəm elan edib.