Qəzzada ölənlərin sayı açıqlandı


  • 14:36

Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağınd atəşkəsi pozması nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 355 nəfərə, yaralananların sayı isə 4516 nəfərə çatıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 662 nəfərə, yaralananların sayı isə 174 627 nəfərə çatıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər