SEPAH: ABŞ-nin iki gəmisi və 8 tankeri hədəfə alınıb


  • 10:16

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İrana məxsus beş tankeri hədəf almasına cavab olaraq Hörmüz boğazında ABŞ-yə məxsus iki gəmi, səkkiz tanker və digər on gəminin hədəfə alındığını açıqlayıb.

E-huquq.az İranın "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Fars körfəzində İrana məxsus beş tankerin ABŞ tərəfindən hədəf alınmasına qarşı cavab tədbirlərinə başlanılıb.

Bəyanatda qeyd olunub ki, bölgədə iki ABŞ gəmisi və səkkiz tanker hədəfə alınıb və onlara ciddi ziyan dəyib. Həmçinin bildirilib ki, ABŞ hərbçilərinin təşviqi və dəstəyi ilə Hörmüz boğazındakı "qadağan olunmuş zona"dan keçməyə cəhd edən daha on gəmi də hədəfə alınıb.

Bildirilib ki, Hörmüz boğazında nəzarət və müşahidə fəaliyyətləri İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər