Məzmuna keç

Moskvada jurnalisti döyən tanınmış futbolçu kassasiya şikayəti verməkdən imtina edib

“Krasnodar” yarımüdafiyəçisi olan Pavel Mamayev və Aleksandr Kokorin barələrindəki hökmdən apellyasiya şikayəti verməkdən imtina ediblər

“Krasnodar” yarımüdafiyəçisi olan Pavel Mamayev və Aleksandr Kokorin barələrindəki hökmdən apellyasiya şikayəti verməkdən imtina ediblər.

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar cəzalarının bitməsinə az müddət qaldığı üçün şikayət verməkdən imtina ediblər.

Qeyd edək ki, Moskva Şəhər Məhkəməsinin hökmünə əsasən, Aleksandr Kokorin və Pavel Mamayev 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Pavel Mamayev, Aleksandr Kokorin, onun kiçik qardaşı Kiril və həvəskar liqadada oynayan Aleksandr Protacovitskiy 8 oktyabr 2018-ci ildə Moskva mərkəzində dava ediblər. İstintaqın məlumatına görə, dostlar kampaniyası əvvəlcə küçədə Birinci kanalın aparıcısı olan Vitaliy Solovçuku sonra isə kafedə Minprotorqun departament başçısı olan Denis Pakı döydüblər.

Raya Ramazanova