Beyrutda baş verən güclü partlayış nəticəsində təxminən 73 nəfər ölüb


  • 4 Avqust 2020 23:47

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində təxminən 73 nəfər həlak olub, 3 min 700 nəfər isə xəsarət alıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Həməd Həsən deyib.

Onun sözlərinə görə, ölənlər arasında 7 tibb işçisi var, daha onlarla tibb işçisi xəsarət alıb.

Nazir əlavə edib ki, ölənlərin və yaralananların sayı arta bilər.

Oxşar xəbərlər