ABŞ-ın immiqrasiya və gömrük polisi milyonlarla miqrantı gələn həftədən deportasiya etməyə başlayacaq.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünen "Twitter" hesanında yazıb.
"Gələn həftə ABŞ-ın immiqrasiya və gömrük polisi qanunsuz olaraq Birləşmiş Ştatlar ərazisinə keçmiş milyonlarla əcnəbinin deportasiyası prosesinə başlayacaq. Onlar gəldikləri sürətlə də ölkədən göndəriləcəklər", – deyə, D. Tranp qeyd edib.
