Məzmuna keç

Türkiyədə yas mərasimindən qayıdan avtobus aşıb, 7 nəfər ölüb

Türkiyədə yas mərasimindən qayıdan avtobus aşıb, 7 nəfər ölüb

Türkiyənin Tokat şəhərində 7 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az "Hurriyet"ə istinadən xəbər verir ki, olay Tokat şəhərinin Rəşadiyə rayonunda qeydə alınıb.

Belə ki, Güvəndik kəndindəki yas mərasimindən qayıdan şəxsləri daşıyan bələddiyə avtobus aşıb. Nəticədə 7 nəfər ölüb, 30-ü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb avtobus sürücüsünün idarəni itirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.