Türkiyə Prezidentinin sözçüsü ABŞ senatoru ilə Ukrayna və Suriyanı müzakirə etdi


  • 2 İyul 2022 23:58

Türkiyənin İstanbul şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ senatoru Lindsi Qrehem ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələr, terrorla mübarizə, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Ukrayna böhranı, Qara dənizdə taxıl daşınması, Suriya, Egey-Aralıq dənizi və digər regional məsələlər müzakirə edilib.

Görüşün əvvəlində İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammiti və qəbul edilən Yeni Strateji Konsepsiya dəyərləndirilib. Zirvə görüşündə iki ölkə liderləri tərəfindən müsbət atmosferdə keçən görüşdən məmnunluq ifadə olunub.

Həmçinin Türkiyə-ABŞ münasibətləri qarşılıqlı hörmət və anlaşma, ortaq və strateji maraqlar əsasında inkişaf etməlidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq və “F-16” məsələsində irəliləyişin iki ölkənin maraqlarına xidmət edəcəyi bildirilib.

Türkiyənin Qara dəniz üzərindən taxıl daşınması üçün təhlükəsiz dəhliz yaradılması istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirildiyi ifadə edilən görüşdə bu daşımanın uğurla gerçəkləşməsinin qlobal ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Danışıqlarda beynəlxalq ictimaiyyətin Egey və Aralıq dənizi məsələlərində Türkiyənin qanuni hüquqlarına hörmət etməli olduğu vurğulanıb, Türkiyənin milli təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyü və siyasi birliyini təhdid edən PKK/YPG və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı fərq qoymadan qətiyyətli mübarizənin zəruriliyi qeyd edilib.

Oxşar xəbərlər