Boris Conson istefa verdi - YENİLƏNİB


  • 7 İyul 2022 15:37

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

“Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”, - o bildirib.

Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.

***

“Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün istefa verəcək”.

E-huquq.az xəbər verir ki, bu iddianı Böyük Britaniya hökumətindəki mənbəyə istinadən ölkənin yerli mediası yayıb.

Məlumata görə, B.Consonun ofisi hazırda Baş nazirin istefası barədə məlumatları hazırlayır. Bildirilir ki, Baş nazir bir neçə saatdan sonra Britaniya xalqına müraciət edəcək.

Consonun, həmçinin hakim Mühafizəkarlar partiyasının lideri vəzifəsindən də gedəcəyi deyilir. Qeyd olunur ki, istefaya baxmayaraq Conson oktyabr ayında keçirilməsi planlaşdırılan yeni Baş nazir seçkilərinə qədər hökumətə rəhbərlik etməyə davam edəcək.

Oxşar xəbərlər