Məzmuna keç

Rusiyada helikopter qəzaya uğradı, ölənlər var

Rusiyanın Kamçatka diyarında "Robinson" helikopteri qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, qəza nəticəsində helikopterin göyərtəsində olan 3 nəfər həlak olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin "Mİ-8" helikopteri radalardan itən "Robinson" helikopterinin axtarışı üçün havaya qalxıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə nazirliyin rəgional rəhbəri deyib.

İlkin məlumatlara görə, radarlardan itən helikopterin göyərtəsində üç nəfər olub. Əməliyyat məlumatlarına görə, "Robinson" hava gəmisi "Uzon" vulkanının kalderası – Milkovo kəndi marşrutu ilə hərəkət edib.