Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqladı


  • 5 Avqust 2022 12:07

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 650 hərbçisi məhv edilib”.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 792 tank, 4032 zirehli döyüş maşını, 950 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 123 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 742 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 964 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, rəqib ən çox Donetsk istiqamətində itki verib.

Oxşar xəbərlər