Türkiyə hərbçisi şəhid oldu


  • 6 Avqust 09:15

“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi çavuş Rəşad Ərgin terrorçu qüvvələrin açdığı atəş nəticəsində şəhid olub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçi yaralanaraq xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

Oxşar xəbərlər