Zelenski Donbasdakı son vəziyyəti açıqladı


  • 8 Avqust 2022 14:18

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində Donbasdakı son vəziyyətlə bağlı məlumat verib.

E-huquq.az-ın məlumatına görə, o Donbasda vəziyyətin ağır olduğunu və Rusiyanı dayandırmaq üçün bütün səylərini səfərbər etdiklərini deyib.

"Ordumuz rus terrorunun qarşısını almaq, işğalçılara böyük itkilər vermək üçün əlindən gələni edir. Avdiyivka, Piski, Maryinka, Bahmut və Donetsk kimi qaynar nöqtələr bizim böyük səylər göstərdiyimiz və təəssüf ki, çoxlu insanın həyatını itirdiyi yerlərdir", - deyə Zelenski bildirib.

Xarkovda çətin şərtlərin davam etdiyini bildirən Ukrayna Prezidenti, “İşğalçıların qüvvələrini cəmləşdirməyə çalışdığı ölkəmizin cənubunda yerləşən Xarkov bölgəsində vəziyyət ağırdır. İndi məsələ əvvəl də olduğu kimi, müdafiəmiz üçün silahlardır. Tərəfdaşlardan gələn silahlar. Biz davamlı olaraq silah təchizatını artırmaq və cəbhəyə daha güclü və uzaqmənzilli sistemlər göndərmək üçün çalışırıq", - qeyd edib.

Rəşid Qarayev

Oxşar xəbərlər